Vens Əliyevlə məhbusların buraxılmasından da danışıb
![]() Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 10-da ikitərəfli görüşdə prezident Donald Trampın Ermənistana və Azərbaycana sülh gətirmək təşəbbüsləri çərçivəsində növbəti addımları müzakirə ediblər. Bu barədə Vensin sözçüsü məlumat verib. "Onlar əsasən ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə etdilər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və icazələrdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil, növbəti addımlardan da danışdılar", – sözçü deyib. Açıqlamada hansı məhbusların buraxılması dəqiqləşdirilməsə də, "Tramp marşrutu" və etimadyaratma kontekstində söhbət Bakıdakı erməni məhbuslardan gedə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Venslə həmin məhbusların müzakirə olunduğunu, Vens isə Yerevanda jurnalistlərə bu məsələni Bakıda qaldıracağını demişdi. Həmin məhbuslardan bəzilərinə terrorçuluq, soyqırımı, işgəncə ittihamları ilə uzunmüddətli həbs cəzaları kəsilib. |

Brezilya'da Lula da Silva dördüncü kez devlet başkanı seçildi
73026.10.2026, 08:49
ABD Savunma Bakanı Hegseth'ten seçime 8 gün kala İsrail'e gizli ziyaret
68820.10.2026, 10:48
Trump, Rusya'ya yönelik yeni yaptırımları askıya alan kararname imzaladı
83217.10.2026, 10:42
ABD ordusu İran’a 3 günlük saldırı planını değerlendiriyor
101609.10.2026, 09:31
ABD Başkan Yardımcısı Vance: İran savaşı bitirmek için uranyum zenginleştirmeyi azaltmalı
75707.10.2026, 09:24
Putin 1 Ekim'deki Valdai Forumu'nda bir dizi önemli mesaj verdi (video)
46002.10.2026, 09:42
